İtaliya klubları bu komandaların A seriyasından kənarlaşdırılmasını istədi

İtaliya klubları bu komandaların A seriyasından kənarlaşdırılmasını istədi
XƏBƏR 19 Aprel 2021 / 15:16 3311
-  A +

İtaliya klubları A seriyasının 3 nəhənginin – “Yuventus”, “Milan” və “İnter”in Avropa Superliqası turnirinə qoşulmaq qərarlarına etiraz edib.

Qol.az “La Repubblica”ya istinadən xəbər verir ki, A seriyasının ötən gün keçirilən növbədənkənar iclasında “Atalanta”, “Kalyari” və “Verona” sözügedən üç klubun milli çempionatdan xaric edilməsini tələb edib. Həmin klublar isə yeni yarış başlayana qədər A seriyasından ayrılmağı düşünmürlər.

Xatırladaq ki, İtaliya klubları ilə yanaşı, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” və “Real" klubları yeni turnirdə iştiraklarını təsdiqləyiblər.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner