UEFA Çempionlar Liqasının formatını dəyişib.
Qol.az-ın xəbərinə görə, müvafiq qərar qurumun İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında qəbul edilib. “Deutsche Welle” nəşrinin yazdığına görə, 2024/25 mövsümündən başlayaraq ÇL-də qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı 32-dən 36-yə yüksəldiləcək. Həmin vaxta qədər isə yarış indiki formatda davam edəcək. 36 komandadan 2-si yarışa Wild Card sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.
Yeni formata əsasən, turnir İsveçrə sistemi əsasında keçiriləcək. Bununla da ilkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi