“Avropadan qopanlar liqası"nı dəstəkləməyəcəyik" - FİFA-dan açıqlama

“Avropadan qopanlar liqası"nı dəstəkləməyəcəyik" -  FİFA-dan açıqlama
XƏBƏR 19 Aprel 2021 / 12:20 1751
-  A +

FİFA Avropa Superliqası ilə bağlı açıqlama yayıb.

Qol.az xəbər verir ki, açıqlamada sözügedən turnirə qatılanlara qadağaların qoyulacağı bildirilib:

“Fikrimizcə, milli, regional və ya qlobal miqyasda bütün futbol təşkilatları əsasən birlik, əhatəlilik və ədalətli maliyyə bölgüsü prinsiplərinə uyğun hərəkət etmək məcburiyyətindədirlər. FİFA bu üsullarla futbolun inkişafını təmin etməlidir. FİFA bu prinsiplərlə futbolun idarə edilməsinə davam etmək üçün lazım olan qanuni, idman və diplomatik metodlardan istifadə etməkdən çəkinməyəcək. “Avropadan qopanlar liqası"nı dəstəkləməyəcəyik. Bu təşkilat beynəlxalq futbolun quruluşu xaricindədir və prinsiplərimizə hörmət etmir”.

Xatırladaq ki, 12 nəhəng klub Avropa Superliqasını təşkil edib. Həmin klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir. Artıq UEFA da yarışı tanımayacağını açıqlayıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner