Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır
XƏBƏR 19 Aprel 2021 / 11:57 585
-  A +

Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatına star veriləcək.

Qol.az xəbər verir ki, yarışda əvvəlcə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. İlk yarış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxacaq. Digər çəkidə güləşənlər isə növbəti gün yarışa başlayacaq. 65 kq çəki dərəcəsində Əli Rəhimzadə ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyanla üz-üzə gələcək.

Güləşçilərdən birinin ilk görüşü 1/16 finala, dördününkü isə 1/8 finala təsadüf edəcək.

57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)

65 kq
1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan)

70 kq
1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya)

79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)

97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)

Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına aprelin 25-də yekun vurulacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner