UEFA-da təcili toplantı

UEFA-da təcili toplantı
XƏBƏR 19 Aprel 2021 / 11:43 2179
-  A +

UEFA-da bu gün və sabah iki vacib iclas keçiriləcək.

Qol.az xəbər verir ki, toplantıda Avropa Super Liqası yaradan klublara qarşı sanksiyaların tətbiq ediləcəyi gözlənilir. Bu gün həmçinin, İcraiyyə Komitəsi Çempionlar Liqasının yeni formatının müzakirəsi üçün toplanacaq. Turnirlə bağlı qəbul olunan qərarlar 2024-cü ildən qüvvəyə minəcək.

Sabahkı iclasda isə İcraiyyə Komitəsinə üzv olan 8 nümayəndənin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar səsvermə keçiriləcək. Namizəd ölkələr arasında İngiltərə, Niderland, İsveç, Almaniya, Polşa, Rusiya, Belçika, Türkiyə və İtaliya var. 9 namizəddən 8-i qurumun üzvü olan 55 ölkədən ən az 28-nin səsini toplamalıdır.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner