Çempionlar Liqası və Avropa Liqası ləğv oluna bilər

Çempionlar Liqası və Avropa Liqası ləğv oluna bilər
DÜNYA FUTBOLU 19 Aprel 2021 / 10:20 3729
-  A +

Avropanın aparıcı klublarının Superliqa yaratması avrokuboklarda bu mövsümün dayandırılmasına səbəb ola bilər.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, UEFA gün ərzində bununla bağlı qərar verəcək. Yarımfinal mərhələsi ərəfəsində turnirlərin ya ləğv ediləcəyi, ya da təxirə salınacağı gözlənilir.

Məsələ ondadır ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin iştirakçılarından "Çelsi", "Mançester Siti" və "Real” Avropa Liqasında isə "Arsenal" ilə "Mançester Yunayted" Avropa Super Liqasında iştirakını təsdiqləyib. Bu səbəbdən UEFA-da ÇL-in yarımfinal və final oyununun keçirilmədən kubokun PSJ-yə verilməsi variantının da müzakirə edildiyi bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal oyunları 27-28 apreldə, Avropa Liqasında isə 29 apreldə keçirilməlidir.

Son xəbərlər