Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Superliqası yaradılmasını tənqid edib.
Qol.az xəbər verir ki, hökumət rəhbəri şəxsi “Tvitter” səhifəsində bu barədə yazıb: “Avropa Superliqası planı futbol üçün dağıdıcı ola bilər. Biz UEFA-nı dəstəkləyirik. Bu liqa yerli çempionatların ürəyindən vuracaq və azarkeşlərə təsir edəcək. Bu yarışda iştirak etmək istəyən klublar atacaqları addımlardan əvvəl azarkeşlərə və futbol ictimaiyyətinə cavab verməlidirlər.
Xatırladaq ki, İngiltərə təmsilçiləri də olmaqla 12 nəhəng klub - "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"in Avropa Superliqası adlı turnir təşkil edəcəyi məlum olub. UEFA isə yarışı tanımayacağını və bu klublara qarşı sərt sanksiya tətbiq ediləcəyini açıqlayıb. Həmin klubların UEFA və FİFA-nın bayrağı altında təşkil olunan bütün beynəlxalq səviyyəli yarışlarda iştirakdan kənarlaşdırılacağı bildirilib.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı