"Sabah"da iki debütant

"Sabah"da iki debütant
XƏBƏR 18 Aprel 2021 / 11:27 1547
-  A +

"Sabah"ın futbolçuları Nicat Mehbalıyev və  Camal Cəfərov üçün Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilən  “Keşlə” ilə matç (0:0) əlamətdar olub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, hər iki futbolçu Premyer Liqada ilk oyunlarını keçiriblər.

Nicat oyuna start heyətində başlayıb. 20 yaşlı qolkiper Premyer Liqada ilk matçında qapısını toxunulmaz saxlayıb. Camal isə qarşılaşmanın 84-cü dəqiqəsində meydana daxil olub.  19 yaşlı hücumçu Tiemoko Fofananı əvəzləyib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner