De Brüyne zədələndi

De Brüyne zədələndi
XƏBƏR 18 Aprel 2021 / 00:38 1617
-  A +

"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne zədələnib.

Qol.az "BBC"yə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İngiltərə kubokunun yarımfinalında "Çelsi" ilə matçda (0:1) sıradan çıxıb. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Baş məşqçi Pep Qvardiola isə görüşdən sonrakı mətbuat konfransında belçikalı oyunçunun zədəsinin ağır ola biləcəyini və onun yaxşı görünmədiyini bildirib: "De Brüyne elə də yaxşı görünmür. Kevin həqiqətən də ağrıyır. Görək, necə olur. O, sabah tibbi müayinədən keçəcək".

Qeyd edək ki, "şəhərlilər" 10 gün əvvəl Kevin de Brüyne ilə 2025-ci ilədək yeni müqavilə imzalayıblar.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner