Premyer Liqaya yüksələn ilk klub

Premyer Liqaya yüksələn ilk klub
XƏBƏR 17 Aprel 2021 / 18:40 4230
-  A +

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk komanda müəyyənləşib.

Qol.az xəbər verir ki, Çempionşipin lideri “Norviç” 1 illik fasilədən sonra elitaya qayıtmasını rəsmiləşdirib.

Bunu 3-4-cü yerlərin sahibləri “Brentford” və “Sounsi”nin 42-ci turda xal itirmələri tezləşdirib. Hazırda 90 xalla turnir cədvəlinə başçılıq edən komanda sona 5 tur qalmış ilk iki pillədəki mövqeyini rəsmiləşdirib.

Qeyd edək ki, “Norviç” ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq Çempionşipə yuvarlanmışdı.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki