“Qalatasaray”da İdarə Heyətinin üzvləri klub prezidenti Mustafa Cengizdən istefa verməsini tələb ediblər.
Qol.az xəbər verir ki, bu, İdarə Heyətinin iclasında baş verib. Vitse-prezidentlər Abdurrahim Albayrak, Kaan Kançal və Yusuf Günayın da iştirak etdiyi toplantıda 7 nəfər prezidentdən istefa verməyi tələb edib.
Onlar son günlər klub daxilində yaşananların həm “Qalatasaray”a, həm də Mustafa Cengizin səhhətinə mənfi təsir göstərdiyini əsas gətiriblər. Lakin klub rəhbəri bu fikirlə razılaşmayıb və növbəti seçkilərə qədər vəzifəsindən ayrılmayacağını bildirib.
Qeyd edək ki, mayın 29-da keçiriləcək seçkilərdə Burak Elmas, Mətin Öztürk, Tuncer Hunca və Əşrəf Hamamcıoğlu prezidentliyə namizədliyini irəli sürüb.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır