"Real"ın futbolçularından mükafat jesti - İmtina etdilər

"Real"ın futbolçularından mükafat jesti - İmtina etdilər
XƏBƏR 17 Aprel 2021 / 14:09 2582
-  A +

“Real”ın futbolçuları La Liqanın və ya Çempionlar Liqasının qalibi olacaqları təqdirdə onlara vəd olunan mükafatın yarısından imtina ediblər.

Qol.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Bununla bağlı futbolçularla klub rəhbərliyi arasında razılıq əldə olunub. Bu səbəbdən Madrid təmsilçisi büdcəyə müəyyən qədər qənaət etmiş olacaq. Əgər komanda sözügedən turnirlərdən birində qalibi olarsa, ümumilikdə 60 milyon avro bonus ödəməli idi. Lakin oyunçuların jesti ilə bu məbləğ yarıya - 30 milyon avroya enir.

Qeyd edək ki, “Real” hazırda La Liqanın turnir cədvəlində 66 xalla 2-cidir. Komanda ÇL-də yarımfinaladək irəliləyib. “Kral klubu”nun bu mərhələdəki rəqibi isə “Çelsi”dir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner