“Barselona”da məşqçi olmaq istəyirəm”

“Barselona”da məşqçi olmaq istəyirəm”
XƏBƏR 17 Aprel 2021 / 13:38 2559
-  A +

“Barselona”nın sabiq futbolçusu Yaya Ture Kataloniya klubunda məqşçi olmaq istəyir.

Qol.az xəbər verir ki, hazırda “Olimpik”in (Donetsk) məqşçilər korpusunda çalışan 37 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə “Diario Sport”a danışıb. O, deyib:

“Barselona” mənim bir məşqçi kimi olmaq istədiyim komandadır. Klubun əvəzedici komandası və ya akademiyası olsun, bunun fərqi yoxdur. Amma “Barselona”da işləmək istəyirəm. Bu klubda məni çox sevdiyini bilirəm. Orada ayrılmaq çox çətin bir qərar idi. Barselonada şey istədiyim kimi idi - futbol, həyat, iqlim. Ən yaxşılarla eyni komandada oynayırdım - Xavi, İnyesta və s. kimi peşəkarlar var idi. Buna görə hər zaman yenidən “Barselona”da olmaq istəyərdim”.

Qeyd edək ki, Ture 2007-10-cu illərdə “Barselona”da çıxış edib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner