“Çelsi”nin baş məşqçisi Tomas Tuhel İngiltərə kubokunun yarımfinalında “Mançester Siti” ilə matçdan əvvəl futbolçulara spirtli içki içməyə icazə verib.
Qol.az xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis Goal.com-a açıqlamasında danışıb. O, oyunçularının istirahət etməsi üçün belə bir addım atdığını deyib:
“Anlayırıq ki, mənəvi cəhətdən bərpa olunmaq lazımdır. Məsələn, gecəni Sevilyanın tanıdığımız otellərindən birində keçirdik. Çox gözəl yer idi. Çox isti olduğundan çöldə oturmaq üçün fürsətimiz də oldu. Sakitləşdirici bir an idi və sadəcə bir-birimizin yanında olmağımızdan zövq alırdıq.Futbolçular istəsələr bir stəkan şərab və ya pivə də içə bilərdilər. Belə bir mühit yaratmaq və bu şəkildə təşkil etməkhəqiqətən vacib idi. Bu, zehni bərpanın bir hissəsi idi”.
Qeyd edək ki, bu gün “Uembli” stadionunda keçiriləcək “Çelsi” – “Mançester Siti” qarşılaşması Bakı vaxtı ilə 20:30-da başlayacaq.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı