Daha 2 cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı

Daha 2 cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
XƏBƏR 17 Aprel 2021 / 09:36 977
-  A +

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayacaq.

Qol.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən yarışın ikinci günündə 81 kq çəki dərəcəsində Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayacaq. Fətiyev 1/16 finalda türkiyəli Vedat Albayrakla, Heydərov isə almaniyalı Niklas Blöxl ilə qarşılaşacaq.

Ölkəmizdən yarışa ümumilikdə 9 cüdoçu qatılıb. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, ötən gün start götürən Avropa çempionatına aprelin 18-də başa çatacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner