Qurban Qurbanovdan bu gün zədələnən futbolçularla bağlı açıqlama

Qurban Qurbanovdan bu gün zədələnən futbolçularla bağlı açıqlama
XƏBƏR 16 Aprel 2021 / 20:46 2520
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda "Səbail"lə matçda (1:1) zədələnən qapıçı Şahruddin Məhəmmədəliyev və yarımmüdafiəçi Filip Ozobiçin son durumu haqda danışıb.

Qol.az xəbər verir ki, o, hər iki futbolçunun zədəsinin ciddi olduğunu deyib: "Zədələnən Şahruddin Məhəmmədəliyev klinikaya aparıldı. Onun nə zaman qayıdacağını indi deyə bilmərəm. Filip Ozobiçin də durumu hazırda yaxşı deyil və ağrısı var. Şahruddin üzündən zədə aldı".


Qarabağ FK
Son xəbərlər
topaz banner