Buffon bu klubun hədəfində

Buffon bu klubun hədəfində
XƏBƏR 16 Aprel 2021 / 12:10 3417
-  A +

"Yuventus"un qapıçısı Canluici Buffon komandadan ayrıla bilər.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, 43 yaşlı qolkiperlə "Atalanta" maraqlanır.
 
Berqamo təmsilçisi digər klubların hədəfində olan qapıçısı Pyerluci Qollini ilə yollarını ayırsa, təcrübəli qolkiperi heyətinə qatacaq. Buffonun da "Yuventus"da meydana az çıxdığı üçün gələn təklifə müsbət yanaşacağı bildirilib. 

Qeyd edək ki, Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a keçib. 2018-ci ildə PSJ-yə gedən təcrübəli qolkiper ötən yay "Yuventus"a qayıdıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner