"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq malyariya xəstəliyinə yoluxub.
Qol.az xəbər verir ki, bu haqda o, özünün İnstaqram səhifəsində bildirib. O, bu virusa milli komandasının oyununa görə getdiyi Vətəni Qabonda yoluxub:
"Virusu bu qədər tez aşkarlayıb müalicə edən həkimlərin sayəsində hər gün daha da yaxşılaşıram. Son bir neçə həftədə özümü həqiqətən yaxşı hiss etmirdim. Amma yaxın zamanlarda hər zamankından daha güclü olacağam".
Futbolçunun yaşıl meydana nə vaxt dönəcəyi bilinmir.
Malyariya xəstəliyi Afrikada geniş yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəliyin simptomlarının sırasına yüksək qızdırma, üşütmə, baş ağrıları, əzələ ağrıları və yorğunluğu aid etmək olar. Bundan savayı eyni zamanda ürək bulanması, qusma və ishal da müşahidə edilir.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır