"Tottenhem" kapitanı ilə vidalaşır

"Tottenhem" kapitanı ilə vidalaşır
DÜNYA FUTBOLU 15 Aprel 2021 / 19:52 2707
-  A +

"Tottenhem" qapıçısı Uqo Lorisə əvəzləyici axtarır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubu kapitanla gələn ilin yayında başa çatacaq müqaviləni yenilmək istəmir.

Paytaxt təmsilçisinin "Yuventus"un qapıçısı Voyçex Şesnini heyətə cəlb etmək istədiyi bildirilib. Turin klubunun isə "Milan"dan Canluici Donnarummanı alacağı təqdirdə Şesnini göndərəcəyi qeyd olunub.

Qeyd edək ki, 2012-ci ildən "Tottenhem"də çıxış edən fransalı Loris bu mövsüm 40 oyunda meydana çıxıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın