Poqba ilə bağlı film çəkilir

Poqba ilə bağlı film çəkilir
XƏBƏR 15 Aprel 2021 / 17:58 990
-  A +

“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın həyatı ilə bağlı sənədli film çəkiləcək.

Qol.az “BBC Sport”a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Amazon Prime” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Poqba haqqında çəkilən filmin təqdimat mərasiminin keçirilməsi isə 2022-ci il üçün planlaşdırılır.

Filmin müəllifləri fransalı oyunçunun həm meydandakı, həm də meydandan kənardakı həyat tərzini işıqlandırmağı düşünür.

Qeyd edək ki, Poqba 2016-cı ildən “qırmızı şeytanlar”da çıxış edir. O, 2016-cı ildən Fransa millisinin üzvüdür. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner