“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Cud Bellinqemlə bağlı müsbət fikirlər səsləndirib.
Qol.az xəbər verir ki, dünən bu komandalar arasında keçirilən Çempionlar Liqasının 1/4 final mərhələsinin təkrar oyununda (1:2) 17 yaşlı ingilis futbolçusu komandasının yeganə qolunu vurub. Matçdan sonra təşkil edilən mətbuat konfransında Bellinqemin oyunu haqda Qvardiolaya sual ünvanlanıb. O deyib:
“Bellinqem 17 yaş üçün yaxşı oyunçudur. Sadəcə inanılmazdır. O, fantastik futbolçudur. Təsəvvür edin, hər dəfə mərkəz müdafiəçilərindən top almayanda onların üstünə qışqırır, dönə-dönə ona ötürmə verilməsini istəyirdi. Cudun məşqçisi olan Edin Terziçlə danışmışam. Bildirdi ki, bu gün mənim oyunda gördüklərimi o, hər məşqdə edir. Bu, böyük performansdır”.
Qeyd edək ki, “Birmingem Siti”nin (İngiltərə) yetirməsi olan Cud Bellinqem 2020-ci ildən “Borussiya”da çıxış edir. O, artıq İngiltərənin əsas millisinə də dəvət edilir.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır