İlkaydan qələbə şərhi

İlkaydan qələbə şərhi
DÜNYA FUTBOLU 15 Aprel 2021 / 11:01 1414
-  A +

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sına 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra fikirlərini bildirib.

Qol.az "BBC"yə istinadən xəbər verir ki, o, yarımfinala yüksəldikləri üçün xoşbəxt olduqlarını deyib: “Düzü, yarımfinala çıxmaq bizim üçün vacib idi. Klub və komanda buna layiqdir. Belə böyük bir turnirdə iştirak etdiyimizə və yarımfinalda oynamaq hüququ qazandığımız üçün xoşbəxtik.

Türkəsilli alman yarımmüdafiəçi bu matçda bir daha xarakter göstərdiklərini vurğulayıb: "İlk 15 dəqiqədə yaxşı çıxış etmədik. Problemlərimiz var idi. Yetəri qədər cəsur oynamadıq  və nəyisə itirməkdən qorxduq. İlk qoldan sonra üstünlüyü ələ keçirdik və qol epidozları yaratmağa başladıq. Bizim vəzifəmiz ikinci hissədə bir qol vurmaq və oyuna nəzarət etmək idi. Bunu da bacardıq. Layiqli qələbə qazandıq və indi yarımfinaldayıq".

İlkay hər bir komandanın ÇL-də uğurlu çıxış etmək istədiyini söyləyib: "Düzgün və keyfiyyətli heyətlə uğur qazanmaq şansı yüksəlir. Biz də finala yüksəlib, turnirin qalibi olmaq istəyirik".


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır