“Qrupda sonuncu oyunumuz idi. Buna qədər işimizin öhdəsindən gəlmişdik. Çalışdıq ki, bu qarşılaşmada da maksimum nəticə qazanaq. Bunu bacardıq. Vacib məqam bu cür çətinliyə rəğmən qarşıya qoyulan məqsədə nail olmağımız idi. Bilirsiniz ki, pandemiya ilə əlaqədar 10 ay idi idman zalında məşq etmirdik, heç bir oyunda iştirak etmirdik. Rəsmi matçlardan əvvəl bir dənə yoldaşlıq görüşü keçirmədik. Bu qədər çatışmazlığa rəğmən tez toparlandıq, ardıcıl qələbələr qazandıq”.
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin hücumçusu Xətai Bağırov Avropa çempionatının seçmə mərhələsinin sonuncu turunda Yunanıstana 4:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
Azərbaycan Futzal Federasiyasının saytına danışan təcrübəli futzalçı oyun zamanı rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda qol vurmaq əvəzinə ötürmə verməsinə də aydınlıq gətirib: “Fikirləşdim ki, Fineo məndən daha yaxşı mövqedədir. Ona ötürmə etsəm, qol vurmaq imkanı daha yaxşıdı. Həmin anda o da nəsə fikirləşdi, zərbə vurmaq əvəzinə aldatmağa çalışdı. Əslində, özüm vurmalı idim. Vacib olan qələbə qazanmaq idi, onu da bacardıq”.
Hücumçu yekunda millimizin yer aldğı qrupla bağlı bunları deyib: “Əsas rəqiblərimiz Slovakiya və Moldova yığmaları idi. Hər iki rəqibi yaxşı analiz etdik, oyunlara hazırlaşdıq. Qazandığımız nəticə hər şeyi düzgün etdiyimizi göstərir”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı