Sabiq UFC çempionu Həbib Nurməhəmmədov futbol tarixinin ən çılğın günü hesab etdiyi tarix barədə danışıb.
Qol.az xəbər verir ki, o, 9 iyul 2006-cı ildə İtaliya millisinin DÇ-2006-nın finalında Fransanı necə məğlub etdiyi matçı fərqləndirib. Həbib "İnstaqram"da "futbol tarixinin ən çılğın günü" yazaraq İtaliya və Fransa milli komandalarının iştirakı ilə DÇ-2006-ın finalından şəkil paylaşıb.
Qeyd edək ki, qarşılaşma qalmaqalla yadda qalıb. Əsas vaxt 1: 1 hesabı ilə başa çatıb. Əlavə vaxtda Fransa millisinin lideri Zinəddin Zidan özünü saxlaya bilməyib və provokasiyalara cavab olaraq italyanların müdafiəçisi Marko Materazzinin sinəsinə baş zərbəsi vurub. Zidan meydandan qovulub və onun yoxluğunda Fransa penaltilər seriyasında İtaliyaya 3:5 hesabı ilə uduzub.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır