Reytinq xallarımızı artırmaq istəyirdik" - Rizvan Fərzəliyev

Reytinq xallarımızı artırmaq istəyirdik"  -  Rizvan Fərzəliyev
XƏBƏR 15 Aprel 2021 / 00:40 1786
-  A +

“Yunanıstanla ilk duelimiz onların meydanında olmuşdu. Həmin görüşdə 3:0 hesablı qələbə qazanmışdıq. Bu dəfə isə doğma meydanımızda üz-üzə gəldik".
 
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının seçmə mərhələsində Bakıda Yunanıstanla keçirilən oyundan sonra azfutzal.az-a açıqlamasında deyib.

O, 4:0 hesablı qələbəni belə şərh edib: "Açığı, buna qədər qarşıya qoyulan tapşırığın öhdəsindən gəlmişdik. Buna baxmayaraq, doğma meydan amilindən maksimum istifadə etməyə çalışdıq. Üstəlik, reytinq xallarımızı da artırmaq istəyirdik. Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdi və bu dəfə daha çox qol vurduq. Artıq 6-cı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcəyik. Təbii ki, həmin mərhələnin oyunlarına hələ kifayət qədər vaxt var. Yaxşı hazırlıq keçməliyik ki, ordakı oyunlarda da uğur qazanaq”.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner