"İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik" - Joze Alesio

"İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik" - Joze Alesio
XƏBƏR 14 Aprel 2021 / 21:12 1042
-  A +

“Qələbə və final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə komandamı təbrik edirəm. Təxminən iki aydan bir qədər artıq idi ki, məşq edir, oyunlar keçirirdik. Komanda indi-indi mən istəyən oyunu göstərməyə başlamışdı. Əlbəttə, mövcud çətin vəziyyətdə bizə kömək etdiyinə görə AFFA və Futzal Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Uzun fasilədən sonra biz ağır məşqlər keçdik, tədricən toparlanmağa başladıq".

Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının seçmə mərhələsinin sonuncu turunda Yunanıstana 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

"İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik. Avropa çempionatının final mərhələsi çox çətin keçəcək. Ora daha güclü komandalar vəsiqə qazanıb. Ümid edirəm ki, pandemiya tezliklə başa çatacaq və rahat şəkildə məşqlər edəcəyik” - deyə o bildirib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner