Millimizin üzvü azarkeşlər önündə oynayacaq

Millimizin üzvü azarkeşlər önündə oynayacaq
XƏBƏR 14 Aprel 2021 / 19:02 1137
-  A +

Millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi Ukrayna "Minay"ı Premyer Liqanın 22-ci turunda "Desna" ilə ev oyunu azarkeşlərlə keçirəcək.

Qol.az klubun saytına istinadən xəbər verir ki, matçın oynanılacağı "Avanqard" stadionunda ümumi azarkeş tutumunun (12 000) 50 faizi qədər tamaşaçının iştirakına icazə verilib. Aprelin 17-də keçiriləcək qarşılaşmaya onlayn bilet satışı bu gün başlayıb.

Qeyd edək ki, "Minay" hazırda 15 xalla 14 komanda arasında sonuncu pillədədir. Klubda Nuriyevlə yanaşı, digər azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə də çıxış edir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner