"Çelsi" və "Portu"nun baş məşqçiləri arasında qalmaqal

"Çelsi" və "Portu"nun baş məşqçiləri arasında qalmaqal
XƏBƏR 14 Aprel 2021 / 16:14 3459
-  A +

Çempionlar Liqasının 1/4 finalında “Çelsi”nin baş məşqçisi Tomas Tuhellə “Portu”nun çalışdırıcısı Serxio Konseisau arasında qalmaqal baş verib.

Qol.az “Record”a istinadən xəbər verir ki, portuqaliyalıların qalib gəldiyi (1:0) oyunun final fitindən dərhal sonra baş məşqçilərin bir-biri ilə görüşdüyü vaxt Tuhel Serxioya deyib: “Lənətə gələsən”. Bu isə qalmaqala səbəb olub. Hətta mübahisəyə futbolçular da qoşulub.

Serxio görüşdən sonra keçirilən mətbuat konfransında məsələ ilə bağlı deyib: “İndi qonşu otaqda olan cənab  (Tuhel nəzərdə tutulur- red.) məni təhqir etdi. Hakimə ehtiyat hakimin də bu sözləri eşitdiyini dedim. Vəssalam".

Qeyd edək ki, “Çelsi” iki oyunun cəmində (2:0, 0:1) yarımfinala adlayıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner