Türk futbolçu "Ştutqart"a keçdi

Türk futbolçu "Ştutqart"a keçdi
XƏBƏR 14 Aprel 2021 / 13:49 2520
-  A +

“Fənərbaxça” futbolçusu Ömər Faruk Beyaz karyerasını Almaniyada davam etdirəcək. 

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Ştutqart”la razılaşıb. 

Gənc oyunçu Bundesliqa klubu ilə 5 illik müqavilə imzalayıb. O, mövsümün sonunda - “Fənərbaxça” ilə sözləşməsi sona çatanda Almaniya klubuna keçəcək.

Qeyd edək ki, Beyaz bu mövsüm 3 matçda iştirak edib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner