UEFA finalın yerini dəyişməyəcək

UEFA finalın yerini dəyişməyəcək
XƏBƏR 14 Aprel 2021 / 12:47 1718
-  A +

UEFA İstanbulun ev sahibliyi edəcəyi Çempionlar Liqası finalını başqa bir ölkəyə keçirməyəcək.

Qol.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Daha əvvəl Türkiyədə koronavirus pandemiyasının geniş yayıldığına görə Avropanın ali futbol qurumunun ev sahibliyini İstanbuldan alacağı haqda xəbərlər yayılmışdı. Lakin məlum olub ki, UEFA belə bir şeyi düşünmür. Turnirin həlledici matçı təyin olunan vaxtda İstanbulda "Atatürk Olimpiya Stadionu"nda oynanılacaq.

Qeyd edək ki, final matçı mayın 29-da keçiriləcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner