"Baş verənləri qəbul etməliyik" - Flik

"Baş verənləri qəbul etməliyik" -  Flik
XƏBƏR 14 Aprel 2021 / 10:30 1590
-  A +

“Bavariya”nın baş məşqçisi Hans Diter Flik Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab görüşündən (1:0) danışıb.

Qol.az xəbər verir ki, iki oyunun cəmində yarımfinala adlaya bilməyən Münhen təmsilçisinin çalışdırıcısı ötən gecə keçirilən görüşdən sonra mətbuat konfransında komandasından razı qaldığını deyib:

“İlk matçda əlimizə düşən çox şansdan istifadə etməmişdik. Amma rəqibə qol vurmaq üçün o qədər də çox şans verməmişdik. Lakin o vaxt üçüncü qolu buraxmasaydıq, daha da irəli gedərdik. Hamı PSJ-nin hücumda nə qədər təhlükəli olduğunu gördü. Ancaq məğlub olsaq da, komandamı tərifləmək istəyirəm və uduzan kimi qalibi təbrik edirəm. Komandam hücumda çox məharətlidir, amma bu gün son toxunuşu əldən verdik. Fərqli bir nəticə gözlədiyimizə baxmayaraq, baş verənləri qəbul etməliyik”.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner