Bakıda beynəlxalq gimnastika yarışlarının keçirilməsinə icazə verildi

Bakıda beynəlxalq gimnastika yarışlarının keçirilməsinə icazə verildi
XƏBƏR 14 Aprel 2021 / 00:25 780
-  A +

Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır.
 
Qol.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Nazirlər Kabinetinin müvafiq qərarı ilə pandemiya səbəbindən təxirə salınmış və bu ilin may ayında keçirilməsi gözlənilən yarışların əhəmiyyəti nəzərə alınaraq tədbirlərin keçirilməsinə icazə verilib.
 
Sözügedən yarışlar Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21-23 may) və bu növ üzrə Dünya Çempionatıdır (27-29 may).
 
Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, qlobal COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunmuş 8 beynəlxalq turnirdən yalnız ikisi keçirilib. Digər yarışlar ləğv edilib və ya təxirə salınıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner