"Qalatasaray" onu da itirdi

"Qalatasaray" onu da itirdi
XƏBƏR 13 Aprel 2021 / 21:53 2548
-  A +

“Qalatasaray”ın futbolçusu Henri Onyekuru da sıradan çıxıb.

Qol.az “NTV Spor”a istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun sağ ayağının arxa əzələlərində gərginlik və zədə aşkarlanıb. Artıq Onyekurunun müalicəsinə başlanılıb. Lakin nigeriyalı oyunçu təxminən 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

2 gün əvvəl Radamel Falkao da məşq zamanı Kerem Aktürkoğlu ilə toqquşmuşdu. 35 yaşlı hücumçunun üz sümükləri sınıb. Keremin durumu isə yaxşıdır.

Qeyd edək ki, Onyekuru bu mövsüm 16 matçda 5 qol vurub və 3 qolun ötürməsini verib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner