"Mançester Yunayted"dən ayrılır

"Mançester Yunayted"dən ayrılır
XƏBƏR 13 Aprel 2021 / 20:53 1840
-  A +

“Mançester Yunayted”in futbolçusu Erik Bayi yayda klubu tərk edəcək.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi baş məşqçi Ole Qunnar Sulşerin ona az oyun şansı verməsindən narazıdır. Futbolçu bu mövsüm komandanın 50 matçından yalnız 15-də iştirak edə bilib. Onun “qırmızı şeytanlar”la müqaviləsi isə növbəti yaya qədərdir. Klub da Bayini satmağa müsbət yanaşır. Onunla İtaliya və İspaniya klublarının yaxından maraqlandığı bildirilib.

Qeyd edək ki, Bayi bu mövsüm Premier Liqada cəmi 8 oyun keçirib və heç nə ilə yadda qalmayıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner