“Fənərbaxça” Favre ilə danışıqlara başladı

“Fənərbaxça” Favre ilə danışıqlara başladı
XƏBƏR 13 Aprel 2021 / 19:13 2030
-  A +

“Fənərbaxça” “Borussiya”nın (Dortmund) sabiq çalışdırıcısı Lusien Favreni baş məşqçi vəzifəsinə gətirməyi planlaşdırır.

Qol.az xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb. Mart ayında Erol Bulutu istefaya göndərib, onun yerinə müvəqqəti olaraq Emre Belözoğlunu təyin edən klub rəhbərliyi Favreni ən real namizədlərdən hesab edir. Xəbərdə bildirilir ki, İstanbul təmsilçisi artıq 63 yaşlı mütəxəssislə danışıqlara da başlayıb.

Qeyd edək ki, Favrenin son çalışdırdığı klub elə “Borussiya” olub. O, Bundesliqa təmsilçisindən ötən il ayrılıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner