Qasperinini 20 günlük cəza gözləyir

Qasperinini 20 günlük cəza gözləyir
XƏBƏR 13 Aprel 2021 / 18:44 974
-  A +

İtaliyanın “Atalanta” klubunun baş məşqçisi Can Pyer Qasperini 20 günlük cəzalana bilər.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, antidopinq inspektorunu təhqir etdiyi üçün italiyalı mütəxəssisi cəza gözləyir.

Antidopinq prokuroru Pyerfilippo Laviani Qasperininin 20 günlük kənarlaşdırılmasını tələb edib. İtaliya antidopinq məhkəməsi məsələyə mayın 10-da baxacaq. Qasperini cəza alacağı təqdirdə A seriyasının 3 oyununu və mayın 19-da "Yuventus"a qarşı ölkə kubokunun finalını buraxacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner