"Mançester Siti" 17 yaşlı futbolçu alır

"Mançester Siti" 17 yaşlı futbolçu alır
DÜNYA FUTBOLU 13 Aprel 2021 / 15:54 1426
-  A +

"Fluminense"nin yarımmüdafiəçisi Metinyo "Mançester Siti"yə keçməyə yaxındır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu 17 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayacaq. Braziliya təmsilçisi oyunçu üçün 5 milyon avro və əlavə satışın bir faizini alacaq.

Qeyd edək ki, bundan əvvəl "Mançester Siti"nin "Fluminense"nin 17 yaşlı futbolçusu Kayki ilə maraqlandığı bildirilmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner