Məsut Özil klub aldı

Məsut Özil klub aldı
XƏBƏR 13 Aprel 2021 / 09:28 4466
-  A +

“Fənərbaxça”nın futbolçusu Məsut Özil Meksika klublarından “Necaxa”nın şəriki olub.

Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ABŞ-dan iş adamları Ol Tailis, Sam Porter, dünyaca məşhur model Eva Lonqoriya, model Keyt Apton, beysbol ulduzu Castin Verlanderlə birgə “Necaxa”nın hissədarlarından biri olub. Klub Meksika Superliqasında mübarizə aparır. Həmçinin komanda kifayət qədər azarkeşə malikdir. Özil belə bir addım atmaqla Meksikada klub alan ilk türkiyəli olub.

Qeyd edək ki, "Necaxa" hazırda yerli çempionatda 10 xalla sonuncu- 18-cidir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner