Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı

Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı
XƏBƏR 12 Aprel 2021 / 19:59 1139
-  A +

Gürcüstan çempionatında 8-ci tur başa çatıb.
 
Qol.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi” bu turda doğma meydanda "Dila"nı qəbul edib və 0:2 hesabı ilə uduzub.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 27 yaşlı oyunçu 90+2 dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, “Telavi” hazırda 6 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner