Kapitan "Bavariya" ilə oyunu buraxacaq

Kapitan "Bavariya" ilə oyunu buraxacaq
DÜNYA FUTBOLU 12 Aprel 2021 / 15:51 912
-  A +

PSJ-nin kapitanı Markinyos Çempionlar Liqasının 1/4  finalında “Bavariya” ilə cavab görüşünü buraxacaq.

Qol.az "Le Parisien"ə istinadən xəbər verir ki, Münhendə keçirilən ilk oyunda zədələnən 26 yaşlı müdafiəçi komandanın bugünkü məşqində iştirak etməyib.

Markinyosun aprelin 14-də keçiriləcək qarşılaşmada oynamayacağı dəqiqləşib. Onun yerində cəzalı olduğu üçün ilk görüşü buraxan Leanardo Paradesin oynayacağı gözlənilir.

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer