Son 5 mövsümün rekordu təkrarlandı

Son 5 mövsümün rekordu təkrarlandı
XƏBƏR 12 Aprel 2021 / 11:48 1238
-  A +

Azərbaycan Premyer Liqasının 22-ci turunun 4 oyunundan üçündə heç-heçə qeydə alınıb.

Qol.az xəbər verir ki, yalnız “Qarabağ”la “Sumqayıt” arasındakı matçda qalib müəyyənləşib. “Zirə” – “Keşlə” və “Səbail” – “Sabah” oyunlarında hesab açılmayıbsa, “Qəbələ” – “Neftçi” görüşündə 4 qol vurulub – 2:2.
 
Dörd matçda üç heç-heçənin qeydə alınması 8 komandanın mübarizə apardığı son 5 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə 9-cu dəfə belə hadisə yaşanır. Cari mövsümdə isə ikinci dəfə 3 heç-heçəyə təsadüf olunub. İlk belə hal 11-ci turda gerçəkləşmişdi.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner