Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi
XƏBƏR 12 Aprel 2021 / 11:26 993
-  A +

“Köln” baş məşqçisi Markus Qizdolla yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəhbərlik 28-ci turda “Maynts”a məğlubiyyətdən sonra (2:3) belə qərar verib.

“Köln” 51 yaşlı mütəxəssisin baş məşqçiliyi altında son 8 matçda qələbə qazana bilməyib. Bu görüşlərdən 6-sı məğlubiyyət, 2-si heç-heçə ilə başa çatıb. “Köln” hazırda Bundesliqanın turnir cədvəlində 23 xalla 17-ci yerdədir.

Qeyd edək ki, Qizdol 2019-cu ilin noyabr ayından Almaniya təmsilçisini çalışdırır.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner