Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı
XƏBƏR 12 Aprel 2021 / 00:46 1449
-  A +

Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda səfərdə “Rux”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
 
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Millimizin üzvü Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 62-ci dəqiqədə meydana daxil olub.
 
“Minay” 21 turdan sonra 15 xalla 14 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner