Falkaonun üzündə sınıqlar aşkarlandı

Falkaonun üzündə sınıqlar aşkarlandı
XƏBƏR 11 Aprel 2021 / 16:40 1601
-  A +

“Qalatasaray” bu günkü məşqdə toqquşaraq zədələnən futbolçuları Radamel Falkao və Kərəm Aktürkoğlunun durumu ilə bağlı açıqlama yayıb.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bildirib:

“Falkaonun üz sümüklərində sınıq aşkarlanıb. Ciddi bir problemi olmayan Kərəm Aktürkoğlu isə ehtiyat məqsədi ilə nəzarətdə saxlanılacaq”.

Qeyd edək ki, oyunçular bu gün səhər məşqində toqquşaraq, başlarından xəsarət alıblar. Onlar hadisədən sonra xəstəxanaya çatdırılıblar.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner