UEFA Avro-2020 ilə bağlı yeni qayda hazırlayır

UEFA Avro-2020 ilə bağlı yeni qayda hazırlayır
XƏBƏR 11 Aprel 2021 / 16:29 1630
-  A +

UEFA Avro-2020-də iştirak edəcək bütün futbolçuların vaksinasiyasını təmin edən bir protokol hazırlamaq üzərində işləyir.

Qol.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, peyvəndin məcburi olması ilə bağlı qərar qəbul olunsa, təxminən 600 oyunçuya vaksin vurulacaq. Həmçinin Avropanın ali futbol qurumu çempionat oyunlarına gələn azarkeşlər üçün eyni qaydanı tətbiq edə bilər.

İki gün əvvəl UEFA ev sahibi olan səkkiz şəhərin- Bakı, Amsterdam, Budapeşt,  Buxarest, Qlazqo, Kopenhagen, London və Sankt-Peterburqun Avro-2020-də azarkeş qəbul etməyə hazır olduqlarını açıqlayıb. Daha dörd şəhər - Münhen, Roma, Bilbao, Dublin azarkeşləri içəri buraxacaqlarına hələ qərar verməyiblər.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner