Veratti və Florenzi qayıtdı

Veratti və Florenzi qayıtdı
XƏBƏR 11 Aprel 2021 / 13:58 923
-  A +

PSJ-nin futbolçuları Marko Veratti və Alessandro Florenzi koronavirusdan sağalıblar.

Qol.az "L`Equipe"ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi və 30 yaşlı müdafiəçidən götürülən koronavirus testlərinin nəticəsi neqativ olub. Onların Çempionlar Liqasının 1/4  finalında “Bavariya” ilə cavab görüşündə meydanda olacaqları gözlənilir.

Qeyd edək ki, komandalar arasında ilk oyun Paris təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Apelin 13-də keçiriləcək cavab qarşılaşması isə Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner