"İkinci yeri tutmaq uğur ola bilməz"

"İkinci yeri tutmaq uğur ola bilməz"
XƏBƏR 11 Aprel 2021 / 12:43 1470
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer Premyer Liqanın turnir cədvəlindəki mövqeləri  haqqında danışıb.

Qol.az xəbər verir ki, o, 2-ci pilləsində qərarlaşmağı uğur hesab etmədiyini deyib:

“İkinci yeri tutmaq bir uğur kimi qəbul edilə bilməz. İstəklərimiz daha yüksəkdir. Məqsədimiz bizdən qabaqda olan komandaya çatmaqdır. Hal-hazırda “Mançester Siti” əla bir mövsümü yaşayır. Amma bu çətinliyi qəbul etməli və rəqibə yetişməyə çalışmalıyıq”

Qeyd edək ki, “qırmızı şeytanlar” (60 xal) lider olan “şəhərlilər”dən 14 xal geri qalır.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner