“Milan”dan yeni rekord

“Milan”dan yeni rekord
XƏBƏR 11 Aprel 2021 / 09:25 1816
-  A +

“Milan” ötən gün “Parma” ilə matçda yeni klub rekorduna imza atıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Stefano Piolinin komandası buna rəqibi üzərində səfərdə 3:1 hesablı qələbə qazanmaqla nail olub. Beləliklə, “Milan” bu mövsüm A seriyasında 13-cü səfər qələbəsini rəsmiləşdirib. Bu isə klub rekordu hesab edilir. Komandanın cari mövsüm ümumilikdə bütün turnirlərdə 16 səfər qələbəsi var. Belə göstərici 1992/93 mövsümündəki rekordun təkrarıdır.

Qeyd edək ki, “Milan” hazırda A seriyasının turnir cədvəlində 63 xalla 2-cidir. Klub lider “İnter"dən 8 xal geri qalır.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner