"Hakimdən düzgün qərarlar verməsini istədim" - Kuman

"Hakimdən düzgün qərarlar verməsini istədim" - Kuman
XƏBƏR 11 Aprel 2021 / 08:58 1874
-  A +

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 30-cu turunda “Real”a uduzduqları matç (1:2) haqqında danışıb.

Qol.az xəbər verir ki, 58 yaşlı mütəxəssis hakim qərarlarından şikayətlənib:

“Düşünürəm ki, matçı izləsəniz, "Barselona"nın tərəfdarısınızsa, hakimin iki qərarından narazı olarsınız. İlk hissədə həm hücumda, həm də müdafiədə zəif oynadıq. İkincisində vəziyyət yaxşılaşdı və mən hakimdən düzgün qərarlar verməsini istərdim. Bu vəziyyətdə Braytvaytın Mendi ilə təmasından sonra yıxılanda bir penalti təyin etmək lazım idi. Amma hakim əlavə olunan dörd dəqiqədən yarısını boşuna xərclədi. 100 faizlik bir penalti epizodu var idi. Ancaq bir daha baş verənlərlə barışıb, susmaq məcburiyyətində qalacağıq. İspaniyada VAR-ın nəyə lazım olduğunu anlamıram. Hər kəs bu epizodu gördü”.

Qeyd edək ki, “kral klubu” rəqibinə qalib gəlməklə lideliyə yüksəlib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner