"Borussiya"dan səfər qələbəsi

"Borussiya"dan səfər qələbəsi
DÜNYA FUTBOLU 10 Aprel 2021 / 22:30 1777
-  A +

Almaniya Bundesliqasında 28-ci turun daha bir oyunu keçirilib.

Qol.az xəbər verir ki, günün son matçında "Ştutqart" "Borussiya"nı qəbul edib. Görüş Dortmund təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Ştutqart" - "Borussiya" (Dortmund) - 2:3
Qollar
: Kaljdziç, 17 (1:0), Bellinqam, 47 (1:1), Roys, 52 (1:2), Didavi, 78 (2:2), Knauff, 80 (2:3)

Bu qələbə ilə xalını 46-ya yüksəldən "Borussiya" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, "Ştutqart" isə 39 xalla 9-cudur. Siyahıya 65 xalla "Bavariya" başçılıq edir.


Son xəbərlər